EN

34 ildir Xocalıya ədalət axtarışı davam edir - RƏY

Bakı, 24 fevral, AZƏRTAC

Şahidlərin, açıq-aşkar faktların olmasına baxmayaraq 34 ildir Xocalıya ədalət axtarışı davam edir. Halbuki Xocalıda bir soyqırımı həyata keçirilib ve baş verənlər beynəlxalq hüquq baxımından da soyqırımı kimi qiymətləndirilir.

Bunu AZƏRTAC-a açıqlamasında Bayburd Universitetinin müəllimi Ramin Sadık söyləyib.

O bildirib ki, 1948-ci il tarixli Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya əsasən, Xocalıda yaşayanlara qarşı qəsdən törədilmiş əməllər mövcuddur. Yəni Konvensiyada qeyd edildiyi kimi, burada müəyyən bir etnik kimliyə — azərbaycanlılara qarşı qəsdən törədilmiş vəhşilikdən söhbət gedir. Hətta Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da “Xocalıdan əvvəl azərbaycanlılar bizim dinc əhaliyə əl qaldırmayacağımızı düşünürdülər. Biz bu stereotipi sındırdıq və məsələ bundadır” sözləri ilə bu əməlin qəsdən törədildiyini etiraf etmişdi. Lakin, nə BMT, nə də Avropa İnsan Hüquqları Məhkəməsi Xocalıda baş verənləri soyqırımı kimi tanıyıb. Bu isə Qərbin ikili standartı kimi qiymətləndirilməlidir.

“Xocalı hadisəsinin Azərbaycan cəmiyyəti üzərində yaratdığı travma dünən olduğu kimi bu gün də təzədir. Bu hadisənin dəhşətləri Azərbaycan xalqının yaddaşından silinməyəcək. Belə bir faciənin bir daha yaşanmaması üçün yeni nəsillərə həqiqətlər danışılacaq,- deyə R.Sadık əlavə edib.

 

Chosen
11
1
azertag.az

2Sources