EN

Tramp Finlandiya prezidentinə başqa adla müraciət edib

Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ Prezidenti Donald Trampın bir dəfə onu başqa adla çağırdığını bildirib.

Qaziler.az-ın məlumatına görə, bu barədə o, Norveçin VG qəzetinə verdiyi müsahibədə deyib.

O, Ağ Ev rəhbərinin göndərdiyi məktubda ona "Əziz Yonas" ilə müraciət etdiyini iddia edib.

Stubb izah edib ki, Tramp səhvən ona və Norveçin Baş naziri Yonas Qar Störə iki eyni məktub göndərib.

"Mən də həmçinin eyni məktubu almışam. Orada "Əziz Yonas" yazılıb", - deyə Finlandiya Prezidenti bildirib.

QAZİLER.AZ

Chosen
15
qaziler.az

1Sources