EN

HÖKUMƏTDƏN VARLILARA GÜZƏŞT QƏRARI?! Bunun üçün daha vergi ödəməyəcəklər...

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycanın avtoparkı hələ də çox köhnədir, yaşı 20 ildən artıq olan avtomobillər, ölkədəki maşınların 60%-i təşkil edir”.

“AzPolitika” xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində yazıb.

N.Cəfərli qeyd edib ki, hibrid və elektrik avtomobillərə vergi-rüsum tətbiq etməyə başlayan hökumət əsasən varlı təbəqəyə aid şəxslərin ölkəyə gətirdiyi bahalı kolleksiyalıq, raritet avtomobillərini isə hər cür vergidən azad edib: “Hökumət 2019-cu ildə hibrid və elektriklə işləyən avtomobillərə vergi-rüsüm güzəştləri tədbiq etdi – son 5-6 ildə, doğrudan da, ölkəyə daha müasir, daha təhlükəsiz, ekologiyaya daha az ziyan vuran avtomobillərin gətirilməsi artdı, avtopark yenilənməyə başladı - yəni, pozitiv dəyişikliklər baş verdi.

Amma, bizim hökumətin pozitivlə arası yoxdur axı, bu ildən bütün güşəştləri ləğv etdilər, əvəzində isə kolleksiyalıq, raritet avtomobillərin ölkəyə gətirilmsini BÜTÜN növ vergi, rüsum və ödənişlərdən azad etdilər, rəsmi qərardan sitat: “Zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş raritet, kolleksiyalar üçün nəzərdə tutulan avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək. Bu avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq”.

Hökumətin qərarlarında məntiq axtarmaq əbəsdir, bunu onillərdir bilirik, amma, heç olmasa rasional zərrəciklər olmalıdır axı – raritet, kolleksiyalar üçün avtomobilləri varlı adamlar (bir çox hallarda məmurlar) alıb-gətirir, böyük məbləğdə pul ödəyir, öz zövqünü “qidalandırırlar”, onlar niyə rüsum-vergi ödəməsinlər, amma, məsələn, öz ailəsini dolandırmaq, sadəcə qidalanmaq üçün hibrid maşın alıb, min-bir əziyyətlə, hökumətin yaratdığı maneələri aşmaqla taksi xidməti göstərmək istəyən Vəli, Məhəmməd dayı yanvarın 1-dən həmin hibrid maşına 3-5 min daha artıq ödəsin?! Niyə də axı, niyə?!”

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
azpolitika.info

1Sources