EN

Qazaxıstan Ali Audit Palatası Azərbaycan Hesablama Palatasının maliyyə hesabatlarının auditini aparıb

Bakı, 24 fevral, AZƏRTAC

Qazaxıstan Ali Audit Palatasının nümayəndə heyəti Azərbaycan Hesablama Palatasının 2025-ci il üzrə maliyyə hesabatlarının auditini aparıb.

Hesablama Palatasından AZƏRTAC-a bildirilib ki, Audit Azərbaycan və Qazaxıstan ali audit orqanlarının 2024–2025-ci illər üzrə ikitərəfli görüşlərinin və qarşılıqlı səfərlərinin nəticəsinə uyğun olaraq həyata keçirilib.

Auditin məqsədi Hesablama Palatasının maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına və qanunvericiliyin tələblərinə uyğunluğunu qiymətləndirməkdən ibarətdir.

Audit çərçivəsində normativ-hüquqi bazanın, maliyyə sənədlərinin ilkin təhlili, daxili nəzarət sisteminin, maliyyə hesabatlarının tamlığının və etibarlılığının qiymətləndirilməsi, eləcə də Hesablama Palatasının məsul əməkdaşları ilə müsahibələr aparılıb.

Səyyar audit mərhələsi 17–20 fevral tarixlərində Bakı şəhərində keçirilib. Audit çərçivəsində nümayəndə heyətini Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qəbul edib. Eyni zamanda, nümayəndə heyəti tərəfindən qurumun müvafiq struktur bölmələri ilə işçi görüşlər keçirilib.

Auditin yekununda maliyyə hesabatlarının etibarlılığının qiymətləndirilməsi və maliyyə idarəetməsi ilə daxili nəzarət proseslərinin təkmilləşdirilməsi üçün tövsiyələri əks etdirən audit hesabatının hazırlanması nəzərdə tutulub.

Chosen
3
3
azertag.az

4Sources