EN

Avtobusdan düşən kimi yola qaçan qadın qəzanın bir addımlığından döndü VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Oğuz–Şəki avtomobil yolunda qayda pozan piyada təhlükəli vəziyyət yaradıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 23-də saat 09:04 radələrində qeydə alınıb.

Görüntülərdən aydın olur ki, sərnişin avtobusundan enən qadın hərəkətdə olan nəqliyyat vasitələrinə diqqət yetirmədən qaçaraq yolu keçməyə cəhd edir. Həmin anda yaxınlaşan sürücü gözlənilməz vəziyyətlə üz-üzə qalır və vaxtında sola manevr edir. Piyada isə nəqliyyat vasitəsini son anda görərək dayanır və saniyələrlə ölçülən zaman fərqi onu qəzadan xilas edir. Əks halda toqquşma qaçılmaz ola bilərdi.

Xoşbəxtlikdən sürücünün diqqətli davranışı və operativ reaksiyası hadisənin faciə ilə nəticələnməsinin qarşısını alıb.

Qeyd edək ki, şəhərlərarası magistral yollarda nəqliyyat vasitələrinin sürəti daha yüksək olur və bu cür hallar sürücülər üçün gözlənilməz risk yaradır. Xüsusilə avtobusdan düşdükdən dərhal sonra yolun hərəkət hissəsinə daxil olmaq həm piyadanın, həm də digər hərəkət iştirakçılarının həyatını real təhlükə altına qoyur.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
avtosfer.az

1Sources