Bəzi aviaşirkətlər Bluetooth qulaqlıqlarını enerji bankı hesab edirlər.
QHT.az xəbər verir ki, aviaşirkətlər portativ şarj cihazları (powerbank) ilə bağlı qaydaları sərtləşdirdikdən sonra indi simsiz Bluetooth qulaqlıqlarına da nəzarəti gücləndirirlər. Tayvanın EVA Air, UNI Air və Tigerair aviaşirkətləri, eləcə də Yeni Zelandiya Mülki Aviasiya İdarəsi litium batareyası səbəbindən Apple AirPods və digər simsiz qulaqlıqların qeydiyyatdan keçmiş baqajda daşınmasını qadağan edib.
Bildirilir ki, bu cihazlar powerbanklarla eyni tip litium batareyadan istifadə edir və qutuda olarkən davamlı şarj edildiyi üçün alışma riski yarada bilər. Sərnişinlərə qulaqlıqları yalnız əl yükündə daşımağa icazə verilir.
Xatırladaq ki, 2025-ci ildən etibarən bir sıra aviaşirkətlər yanğın təhlükəsi səbəbindən powerbankların da baqajda daşınmasını qadağan edib. Avropada hələ simsiz qulaqlıqlarla bağlı oxşar məhdudiyyət tətbiq olunmasa da, gələcəkdə belə qərarların istisna edilmədiyi bildirilir.
R.İmanov