Ciddi pozuntular aşkarlanan Bakı ofisinin rəhbəri Naim Əzizov və bir neçə səlahiyyətli şəxs işdən azad edilib.Lent.az məsələ ilə bağlı "Bolt"a sorğu ünvanlayıb.
Şirkətdən sorğumuza cavab olaraq rəhbərlikdə dəyişikliklərin baş verdiyini təsdiqləyiblər.
Bildirilib ki, bu qərar "Bolt"un taksi əməliyyatlarına və digər biznes istiqamətlərinə təsir göstərmir:
"Platforma üzrə bütün tərəfdaşlardan, o cümlədən avtopark sahiblərindən, uyğunluq, dürüstlük və qanunvericiliyə əməl etmə standartlarımıza riayət etmələrini gözləyirik. Siyasətlərimizə və daxili nəzarət prosedurlarımıza tam əməkdaşlıq etməyi tələb edirik və bu standartlara əməl olunmadığı hallarda müvafiq tədbirlər görürük".