EN

Ağır QƏZA: Ölən və yaralananlar var


Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Gender.az xəbər verir ki, hadisə bu gün saat 17:00-da Qasımallar kəndi ərazisində qeydə alınıb.
 
1953-cü il təvəllüdlü Gədəbəy sakini Fəxrəddin Məmmədovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillə VAZ-2106 markalı avtomobil toqquşub.
 
Hadisə nəticəsində VAZ-ın sürücüsü həyatını itirib, daha iki nəfər xəsarət alıb. Onların kimlikləri müəyyənləşdirilir.
 
Hadisə yerinə polis əməkdaşlarının cəlb olunduğu, araşdırma aparıldığı bildirilib./Oxu.az

Chosen
7
5
gender.az

6Sources