EN

“Bu, öz xalqından qorxan bir dövlətin kədərli bir tamaşasıdır” − Pavel Durov

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

“Telegram”ın təsisçisi Pavel Durov Rusiya hökumətyönlü media orqanlarında terror fəaliyyətinə kömək etmək ittihamı ilə bağlı cinayət işi çərçivəsində \onun hərəkətlərinin araşdırıldığı barədə məlumatlara münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Durov sosial şəbəkə hesabında məlumat yayıb.

“Rusiya mənə qarşı “terrorizmə kömək etmək” ittihamı ilə cinayət işi açıb. Hər gün hakimiyyət orqanları rusların “Telegram”a çıxışını məhdudlaşdırmaq üçün yeni bəhanələr uydurur, şəxsi həyat və söz azadlığı hüququnu boğmağa çalışır. Bu, öz xalqından qorxan bir dövlətin kədərli bir tamaşasıdır”, - Durov bildirib.

Qeyd edək ki, “Telegram” Rusiyada 2025-ci ilin yayından bəri məhdudlaşdırılıb. Fevralın əvvəlində hakimiyyət orqanları mesajlaşma tətbiqinin yavaşlamasını gücləndirərək Rusiya qanunlarını tətbiq etdiyini və vətəndaşların müdafiəsini təmin etdiyini iddia ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
yeniavaz.com

2Sources