ain.az, Idman.biz saytına istinadən bildirir.
AFFA prezidenti Rövşən Nəcəf Canni İnfantinonun FIFA prezidenti seçilməsinin 10 illiyi münasibətilə təbrik ünvanlayıb.
“Son 10 il ərzində sizin liderliyiniz futbolun qlobal birliyini daha da möhkəmləndirir”, - AFFA rəhbəri təbrikində deyib.
Rövşən Nəcəfin sözlərinə görə, “FİFA ilə əməkdaşlığımız Azərbaycan futbolunun inkişafında real və ölçülə bilən irəliləyişlərlə nəticələnmişdir”.
“Futbolun qlobal inkişafı naminə konstruktiv əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirik”, - AFFA prezidenti bildirib.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.