EN

İllər sonra həmin məkanda, tonqal başında ... Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ağdam şəhərində Su Çərşənbəsi münasibətilə bayram tonqalı qalanıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Ağdam şəhərində işğaldan azad olunmuş ərazidə ilk bayram tonqalı olub.

Yandırılan tonqal ətrafında sakinlər bir araya gələrək bayram əhval-ruhiyyəsini bölüşüb, uşaqlar tonqal üzərindən tullanaraq qədim inanclara uyğun şəkildə ilin ağırlıq və çətinliklərini tonqalda yandıraraq arxada qoyublar.

Qeyd edək ki, işğaldan azad edilən Ağdam şəhərində artıq ilin əvvəlindən etibarən sakinlərin məskunlaşdırılmasına başlanılıb.

Hazırda Ağdam şəhər 2-ci yaşayış kompleksində 223 ailə, 821 sakin yaşayır.

Ziya Əmirxanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
qafqazinfo.az

1Sources