EN

KİV: ABŞ-ın 12 ədəd F-22 qırıcısı İsrailin cənubundakı aviabazaya gəlib

KİV: ABŞ-ın 12 ədəd F-22 qırıcısı İsrailin cənubundakı aviabazaya gəlib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 12 ədəd F-22 qırıcısı İsrailin cənub hissəsindəki aviabazalardan birinə eniş edib.

AFN.az xəbər verir ki, bu barədə "Kan" dövlət teleradio şirkəti xəbər yayıb. Məlumata görə, "gözəgörünməz" qırıcılar ABŞ-ın Yaxın Şərqdəki qüvvələrini gücləndirmək planı çərçivəsində İsrailə ötürülüb.

"The Washington Post" qəzeti peyk görüntülərinə və uçuş məlumatlarının analizinə istinadən bildirib ki, fevralın 17-də Cenevrədə keçirilən ABŞ-İran danışıqlarından sonra Vaşinqton İran yaxınlığındakı hərbi mövcudluğunu kəskin artırıb. Hazırda ABŞ-ın Avropa və Yaxın Şərqdəki bazalarında 150-dən çox təyyarə yerləşdirilib. Qəzet qeyd edir ki, ABŞ Silahlı Qüvvələrinin regiondakı hazırkı cəmləşməsi 2003-cü ildəki İraq əməliyyatından bəri ən böyük göstəricidir.

Eyni zamanda, Yunanıstanın "Proto Thema" qəzeti göyərtəsində onlarla əlavə təyyarə olan ABŞ-ın "USS Gerald R. Ford" aviadaşıyıcısının Krit adasındakı Suda körfəzinə gəldiyini və fevralın 27-dək orada qalacağını xəbər verib. Bu hərəkətlilik regionda gərginliyin artdığı bir dövrdə ABŞ-ın hərbi hazırlıq səviyyəsini nümayiş etdirir.

Chosen
16
afn.az

1Sources