EN

ABŞ-da UNO-larla bağlı sənədlərin ən böyük arxivi məhv edildi

ABŞ Prezidenti Donald Trampın kənar sivilizasiyalar barədə bütün materialların dərc edilməsi ilə bağlı verdiyi göstərişdən dərhal sonra, uçan naməlum obyektlər (UNO) haqqında məxfiliyi qaldırılmış sənədlərin ən böyük ictimai arxivi məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti məlumat yayıb.

Fevralın 20-də "Black Vault" saytının əsas serverindən yüzlərlə giqabayt məlumat silinib. Sözügedən sayt tədqiqatçı Kiçik Con Qrinuold tərəfindən 30 il ərzində toplanan onlayn arxivdir. O, bu illər ərzində hakimiyyət orqanlarına məlumatların açıqlanması üçün 11 mindən çox sorğu göndərib və məxfiliyi ləğv edilmiş 3,8 milyondan çox sənəd toplayıb.

Qrinuoldun sözlərinə görə, o, baş verənləri birmənalı olaraq diversiya hesab etməsə də, bu ehtimalı da istisna etmir. Tədqiqatçı izah edib ki, məlumatların yoxa çıxması ilə yanaşı, bəzi qovluqlara giriş hüquqları da dəyişdirilib. O, arxivi ehtiyat nüsxələr vasitəsilə bərpa edəcəyinə söz verib.

Chosen
9
45
publika.az

10Sources