EN

Türkiyədə F 16 qəzaya uğradı Pilot şəhid oldu

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin Balıkesir şəhərində 9-cu Əsas Qırıcı Aviasiya Bazası Komandanlığına məxsus F-16 təyyarəsi tapşırıq uçuşu zamanı qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində pilot şəhid olub.

Balıkesir valisi İsmayıl Ustaoğlu sosial media hesabında bildirib ki, təyyarə təxminən saat 00:50 radələrində qəzaya uğrayıb.

“Pilotlarımızdan biri şəhid olub. Şəhidimizə və ailəsinə başsağlığı verirəm. Millətimizin başı sağ olsun”, – deyə vali qeyd edib.

Milli Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, saat 00:56-da havaya qalxan F-16 təyyarələrindən biri ilə radio əlaqəsi və izləmə məlumatları itib. Dərhal başladılan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilib və qalıqları tapılıb.

Nazirlik pilotun şəhid olduğunu təsdiqləyib və qeyd edib ki, qəzanın səbəbi qəza araşdırma qrupu tərəfindən aparılacaq araşdırmalardan sonra müəyyən ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
10
qafqazinfo.az

10Sources