AZ

F-16-nın qəzaya uğradığı an - VİDEO

Xəbər verdiyimiz kimi, Balıkəsir şəhərində havaya qalxan F-16  qırıcı təyyarəsi tapşırıq uçuşu zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində bir hərbçi şəhid olub.

Milli.Az xəbər verir ki, qəza anı magistral yolda hərəkət edən bir vətəndaş tərəfindən mobil telefonla anbaan qeydə alınıb.

Balıkəsir valisi İsmayıl Ustaoğlu bildirib ki, qəza təxminən saat 00:50 radələrində baş verib. Təyyarə tapşırıq uçuşu icra edərkən naməlum səbəbdən yerə çırpılıb. Pilotun şəhid olduğu təsdiqlənib.

Hadisə ilə bağlı araşdırma aparılır, qəzanın səbəbi ilə bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.

Fidan
Milli.Az

Seçilən
7
4
milli.az

10Mənbələr