EN

Tramp Konqresdə xalqa illik müraciətini edir

ain.az bildirir, Azertag portalına istinadən.

Vaşinqton, 25 fevral, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Konqresdə ölkədəki vəziyyətə dair illik müraciətini edir.

AZƏRTAC-ın məlumatına görə, “State of Union” adlı ənənəvi müraciətdə o xalqa geri qayıtdığını bildirib. O bildirib ki, ABŞ xalqı heç zaman olmadığı kimi güclü və böyük və yaxşıdır.

“Bu il 4 iyulda biz yer üzündə indiyə qədər mövcud olmuş ən inanılmaz və müstəsna millətin azadlıq, zəfər və tərəqqisinin 250 illiyini qeyd edəcəyik. Bu, Amerikanın qızıl dövrüdür”,- deyə Tramp əlavə edib. O deyib ki, bir ilin yekununda ABŞ əvvəllər heç kəsin görmədiyi dəyişikliyə nail olub. Onun sözlərinə görə, ölkə sərhədləri bu gün təhlükəsizdir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
3
azertag.az

4Sources