EN

Avropanın üç nəhəngi Yuventus un müdafiəçisini istəyir

sport24.az saytına istinadən ain.az xəbər verir.

"Real", "Mançester Siti" və "Liverpul" "Yuventus"un müdafiəçisi Andrea Kambiasonu  yaxından izləyir. Sport24.az "Caught Offside" portalına istinadən xəbər verir ki, Turin klubu yanvarda oyunçu üçün 50 milyon avroluq təklifi rədd edib.

Mənbənin sözlərinə görə, İtaliya nəhəngi 26 yaşlı futbolçunu satmaq istəmir. Lakin 60-70 milyon avroluq təklif alsalar, bu barədə düşünə bilərlər. 

Qeyd edək ki, Kambiaso bu mövsüm bütün turnirlərdə 35 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
2
sport24.az

3Sources