AZ

“Yuventus”un müdafiəçisi uğrunda mübarizə

“Real”, “Mançester Siti” və “Liverpul” “Yuventus”un müdafiəçisi Andrea Kambiasonun durumunu yaxından izləyir.

Msport.az xəbər verir ki, yanvarda Turin klubu oyunçu üçün 50 milyon avroluq təklifi rədd edib.

İtaliya nəhəngi 26 yaşlı futbolçunu satmaq istəmir, lakin 60-70 milyon avroluq təklif alsalar, bunu etməyi düşünəcək.

Kambiaso bu mövsüm bütün turnirlərdə 35 oyunda meydana çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Seçilən
4
2
msport.az

3Mənbələr