EN

Tramp: İran ABŞ-yə çata bilən raketlər hazırlayır...

ABŞ Prezidenti bildirib ki, Tehran Avropa və ABŞ-nin xarici bazalarını hədəfə ala biləcək silahlar üzərində işləyir...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Konqresə müraciəti zamanı İranın nüvə silahı əldə etmək planlarından hələ də imtina etmədiyini iddia edib. Onun sözlərinə görə, Tehran təkcə nüvə proqramını davam etdirmir, eyni zamanda Avropa və ABŞ-nin xaricdə yerləşən hərbi bazalarını hədəfə ala biləcək raketlər hazırlayır və yaxın perspektivdə ABŞ ərazisinə çata bilən raketlərin yaradılması üzərində işləyir.

“Onlar artıq Avropanı və bizim xarici bazalarımızı təhdid edə bilən raketlər hazırlayıblar və indi isə tezliklə Amerika Birləşmiş Ştatlarına çata biləcək raketlərin yaradılması istiqamətində çalışırlar. Onlar yenidən öz məkrli ambisiyalarını həyata keçirməyə can atırlar”, deyə Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, administrasiyası İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün səylərini davam etdirəcək. O vurğulayıb ki, Vaşinqton problemi diplomatik yollarla həll etməyə üstünlük verir, lakin zərurət yaranarsa əlavə addımlar atmaqdan çəkinməyəcək. “Mən bu problemi diplomatik yolla həll etməyə üstünlük verirəm, amma bir məsələ dəqiqdir: dünyada terrorizmin əsas maliyyə dəstəkçisi olan və bu sahədə açıq fərqlə irəlidə olan bir ölkənin nüvə silahına malik olmasına heç vaxt icazə verməyəcəyəm”, deyə ABŞ Prezidenti bildirib.

Məlumata görə, ABŞ ilə İran arasında nüvə sazişi üzrə danışıqların növbəti raundu bu həftə Cenevrədə keçirilməlidir. İran rəsmiləri isə ötən gün Vaşinqtonla razılaşma imzalamağa hazır olduqlarını bəyan ediblər.

Poliqon.info

Chosen
20
8
poliqon.info

10Sources