AZ

"İran nüvə silahı yaratmayacağına söz verməyib" - Tramp

"İran ABŞ-yə nüvə silahı yaratmayacağına dair söz verməyib".

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib:

"Danışıqlar davam edir. İranlılar sövdələşmə bağlamaq istəyirlər, lakin biz hələ də qarşı tərəfdən arzu olunan sözləri eşitməmişik. Onlar "bizdə heç vaxt nüvə silahı olmayacaq" deməyiblər.

Mən problemi diplomatik yolla həll etməyə üstünlük verərdim".

Tramp İslam Respublikasının "dünyada bir nömrəli terrorizm sponsoru" olduğunu iddia edərək, İranın nüvə silahına sahiblənməsinə yol verməyəcəyini bəyan edib.

Seçilən
22
1
redaktor.az

2Mənbələr