EN

Luvrun ilk qadın rəhbəri istefa verib

Luvr muzeyinin direktoru Lorans de Kar Fransa Prezidenti Emmanuel Makrona istefa ərizəsini təqdim edib.

Bu barədə Yelisey sarayına istinadən "Agence France-Presse" (AFP) məlumat yayıb.

Agentlik qeyd edib ki, dövlət başçısı bu ərizəni qəbul edib.

Bildirilib ki, Lorans de Kar Parisin əsas muzeyinin ilk qadın direktoru olub. O, bu vəzifəni 2021-ci ildə tutub. Agentlik onu kimin əvəzləyə biləcəyini dəqiqləşdirməyib.

Xatırladaq ki, son vaxtlar muzey bir sıra çətinliklərlə, o cümlədən 2025-ci ilin oktyabrında baş vermiş qalmaqallı soyğunçuluq, bəzi zalların su basması və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edən personalın davamlı tətilləri ilə üzləşib.

"Cebheinfo.az" 

Chosen
8
2
cebheinfo.az

3Sources