Aparıcılar Tarix Əliyevlə Elgiz Əkbərin verilişinin yayımı dayandırılıb. 1news.az Bizim.Media-ya istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə aparılan müzakirələr və qalmaqallardan sonra bu qərar verilib. Elgizin həftəiçi hər gün ARB-də yayımlanan “Elgizlə izlə”, Tolikin isə “Space” TV-də ekrana gələn “Tarixin bir günü” proqramı bağlanıb. Məsələ ilə bağlı aparıcıların özləri ilə əlaqə saxlanılmağa çalışılsa da, onlar zənglərə cavab verməyib.