EN

Meksikada son hadisələrdə ölənlərin sayı 73-ə çatdı

Meksikada kartel lideri və ölkənin ən çox axtarılan narkobaronu kimi tanınan El Menchonun öldürülməsindən sonra baş verən zorakılıq hadisələrində ölənlərin sayı 73-ə yüksəlib.

Sitat.info xəbər verir ki, Meksika mətbuatının məlumatına görə, əsasən Jalisco ştatında olmaqla bir neçə bölgədə kartel üzvlərinin törətdiyi silahlı toqquşmalar davam edir. Həlak olanların 25-i təhlükəsizlik əməkdaşıdır.

Meksikanın Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsia Harfuk təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb və əhalini sakit olmağa çağırıb. Onun sözlərinə görə, yolların böyük hissəsi yenidən açılıb, təhlükəsizlik qüvvələri nəzarəti bərpa edib və ölkədə həyat tədricən normallaşır.

Bununla belə, sosial şəbəkələrdə yayılan görüntülərdə bir sıra ştatlarda yolların bağlanması, avtomobillərin yandırılması və təhlükəsizlik qüvvələrinə hücumların davam etdiyi əks olunub.

Məlumata görə, hücuma məruz qalan 15 təhlükəsizlik əməkdaşının vəziyyəti ağırdır. Hökumət zorakılığın artdığı bölgələrə 10 min hərbçi göndərib.

Tehran,

Sitat.info 

Chosen
7
sitat.info

1Sources