Bu gün görkəmli Ukrayna şairi Lesya Ukrainkanın doğum günüdür.
Kulis.az "Günün şeiri" layihəsindən İbrahimxəlilin tərcüməsində onun şeirini təqdim edir.
Sümük vərəmidir bu dünyanınkı? –
beyin vərəmidir bəlkə? Kim bilir...
Kiyev tərəflərin nə çəkdiyini
çırpına-çırpına sarı sim bilir.
Çalına-çalına məzar daşında
ümiddə qor dolu kül... yatırıq biz.
Vərəm yerimizdən vururlar bizi;
güllə atana da gül atırıq biz.
“Yaz!” deyə yollara çıxan durnalar –
çatdır – çarə tapsın öz başlarına.
İstər poeziyanın lap canı çıxsın :
Moskva inanmır göz yaşlarına...
Dərdimi su basar – gözünü sevim! –
nolar bir ara ver ağlamağına.
Vida fiti verər batan gəmilər –
dənizə belə bel bağlamağına...