AZ

Kiyev tərəflərin nə çəkdiyini çırpına çırpına sarı sim bilir Günün şeiri

ain.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Bu gün görkəmli Ukrayna şairi Lesya Ukrainkanın doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən İbrahimxəlilin tərcüməsində onun şeirini təqdim edir.

Sümük vərəmidir bu dünyanınkı? –

beyin vərəmidir bəlkə? Kim bilir...

Kiyev tərəflərin nə çəkdiyini

çırpına-çırpına sarı sim bilir.

Çalına-çalına məzar daşında

ümiddə qor dolu kül... yatırıq biz.

Vərəm yerimizdən vururlar bizi;

güllə atana da gül atırıq biz.

“Yaz!” deyə yollara çıxan durnalar –

çatdır – çarə tapsın öz başlarına.

İstər poeziyanın lap canı çıxsın :

Moskva inanmır göz yaşlarına...

Dərdimi su basar – gözünü sevim! –

nolar bir ara ver ağlamağına.

Vida fiti verər batan gəmilər –

dənizə belə bel bağlamağına...

Efirlər niyə çəpərdibinə dönüb?

Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

Anar: "Bizə qarşı ən böyük böhtan atanları məhkəməyə verəcəyik"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
kulis.az

2Mənbələr