EN

Ölkəni tərk etmək istəyən şirkət rəhbərinə “stop” qoyuldu

Bakıda hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan “Fədək” MMC-nin hüquqi rəhbəri Elşad Qasımovun ölkədən çıxışına “stop” qoyulub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bununla bağlı məhkəməyə təqdimat verilib.

Təqdimatda qeyd olunub ki, külli miqdarda borcu olan Elşad Qasımov Azərbaycan hüdudlarından kənara çıxmağa hazırlaşır, bu səbəbdən onun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılmalıdır.

Bundan başqa, təqdimatda o da qeyd olunub ki, dəyəri 117 877 manat olan əmlaklar “Fədək” MMC-dən tutularaq tələbkara ödənilməlidir.

Chosen
6
1
publika.az

2Sources