İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi ABŞ rəsmilərinin İranın ballistik raket və nüvə proqramı ilə bağlı iddialarına münasibət bildirib.
APA xəbər verir ki, o, özünün “X” hesabında bu iddiaları əsassız adlandırıb.
Bəqayi qeyd edib ki, ABŞ rəsmilərinin “İranın nüvə və ballistik raket proqramları barədə iddia etdikləri, eləcə də yanvarda baş verən iğtişaşlarda ölü sayı ilə bağlı dedikləri sadəcə yalandır”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı İranın artıq Avropanı və xaricdəki ABŞ bazalarını təhdid edə biləcək raketlər hazırladığını bəyan edib. O əlavə edib ki, İran tezliklə ABŞ-a çatacaq raketlər yaratmaq üzərində işləyir.