EN

SANCAR silahlı insansız dəniz aparatı Türkiyə HDQ-nin inventarına daxil edilib

HAVELSAN və “Yonca Shipyard” şirkətləri tərəfindən hazırlanmış SANCAR silahlı insansız dəniz aparatı (İDA) Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edilib.

“Poliqon” HAVELSAN-a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq şirkətin Texnologiya Kampusunda mərasim keçirilib.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Yaşar Güler, Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, HAVELSAN-ın baş direktoru Mehmet Akif Nacar və digər şəxslər iştirak ediblər.

Türkiyə Prezidenti tədbirdə çıxış edərək, SANCAR silahlı İDA-nın inventara qəbul edilməsinin əhəmiyyətinə toxunub: “İnventarımıza daxil edəcəyimiz SANCAR silahlı İDA ilə dənizlərdəki insansız imkanlarımızı gücləndirir, təhlükəsizliyimizi, effektivliyimizi və müşahidə qabiliyyətimizi artırırıq”

Daha sonra çıxış edən HAVELSAN-ın baş direktoru Mehmet Akif Nacar, SANCAR İDA-nın inkişaf prosesinə töhfə verən bütün tərəfdaşlara, alt podratçılara, “Yonca Shipyard”a və bütün şirkət əməkdaşlarına təşəkkür edib.

“SANCAR silahlı insansız dəniz aparatımızın Hərbi Dəniz Qüvvələri Komandanlığımıza xeyirli olmasını, təməlini atdığımız və açılışını etdiyimiz obyektlərin isə müdafiə sənayemizə və millətimizə güc qatmasını arzulayıram”, – deyə baş direktor bildirib.

HAVELSAN və “Yonca Shipyard” tərəfindən hazırlanmış SANCAR silahlı İDA 12.7 metr uzunluğa, 3.3 metr enə və 9 ton su basımına malikdir. 10 knot sürətlə 400 dəniz mili əməliyyat məsafəsi təqdim edən silahlı İDA, maksimum 40+ knot sürətə çata bilir.

SANCAR 12m7 mm-lik uzaqdan idarə olunan silah sistemi, taktiki raket sistemləri və mina əleyhinə tədbir (MCM) yüklərini dəstəkləyir. Mobil quru idarəetmə stansiyası sürətli yerləşdirilmə və daşına bilmə bacarığı təmin edir, ehtiyatlı RF, peyk və LTE rabitə kanalları isə fasiləsiz komanda-idarəetmə imkanları yaradır.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

HB7WpGcXUAAMfnQ

HB7WpGhWoAAuSsv

HB7XaFkWcAEy40U

Chosen
9
poliqon.az

1Sources