İki cilddə nəzərdə tutulan "Heydər Əliyev Ensiklopediyası" üzərində iş tamamlanmaq üzrədir.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli AMEA-nın 2025-ci il üzrə ümumi yığıncağında deyib.
O qeyd edib ki, IV Sənaye inqilabının çağırışları ilə səsləşən qlobal trendlər Azərbaycan elmini ciddi surətdə məşğul edir.
"Hesabatını təqdim etdiyimiz 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında elektronlaşmadan rəqəmsallaşmaya və süni intellektə kimi prosesləri yaşanıb. Akademiyanın Rəyasət Heyətində 2023-2024-cü illərdə yaradılmış "Elektron xidmətlər" şöbələrinin 2025-ci ildə adlarının dəyişdirilərək "Rəqəmsal elm sahəsi və süni intellekt" adlandırılması həm də onların praktik elektron xidmətləri deyil, tədqiqatyönümlü funksiyaları yerinə yetirmələrinin göstəricisidir. Həmçinin 2025-ci ildə Elektron kitabxana hərəkatının sürətləndirilməsi və ilk dəfə olaraq Elektron Arxiv proqramının həyata keçirilməsinə başlanılması da ölkə rəhbərimizin qarşımıza qoyduğu vəzifələrin həlli istiqamətində gerçəkləşdirilmiş layihələrdir", - deyə AMEA rəhbəri bildirib.
MƏLUMAT YENİLƏNİR