Rusiya Federal Təhlükəsizlik Xidməti Orenburqda biznesmenin sifarişli qətlinin qarşısını alıb, təşkilatçı saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
"Rusiya vətəndaşı və Orta Asiya ölkəsindən olan böyük bir iş adamının sifarişli şəkildə qətlə yetirilməsinin qarşısı alınıb", - deyə açıqlamada bildirilir.
Məlumata görə, təqsirləndirilən şəxs 15 milyon rubl borca görə iş adamını öldürməyi planlaşdırıb. Biznesmenin isə kimliyi açıqlanmayıb.
Gülayə Mecid