EN

Gürcüstanın baş naziri Avropa İttifaqını ittiham edib

Tbilisi, 25 fevral, AZƏRTAC

Rusiya məhsullarının əsas idxalçılarından biri Avropa İttifaqıdır və onlar çox böyük məbləğdə pul ödəyiblər, ona görə də belə bir vaxtda Gürcüstana qarşı bəyanatlar vermək tamamilə yersizdir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.

Hökumət başçısı Avropa Birliyinin Rusiyadan milyardlarla dollarlıq məhsul idxal edərək onun Ukraynadakı müharibəsini dolayısı ilə maliyyələşdirməsi ilə bağlı Norveç xarici işlər nazirinin iddiasını xatırladıb: "Belə bir vaxtda bizə qarşı açıqlamalar vermək tamamilə yersizdir. Bizim milli maraqlarımız var, siyasətimizi milli maraqlara uyğun şəkildə həyata keçiririk və bu səbəbdən sanksiyalar tətbiq olunmayıb. Bunu hamı yaxşı bilir. Onlar heç vaxt açıq şəkildə belə çağırışlar etməyə cəsarət etməyiblər, amma indi nədənsə belə açıqlamalar vermək qərarına gəliblər. Əvvəllər gizlətdiklərini indi də açıq şəkildə deyirlər", - deyə Baş nazir bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
8
2
azertag.az

3Sources