EN

Atəşgah məbədi tarixi, qədim dövrü əks etdirən otaqları yerli və xarici turistlərin diqqətini çəkir Video

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bu gün Bakıya gələn turistlərin əksəriyyətinin diqqətini Atəşgah məbədi çəkir. Məbədin tarixi, qədim dövrü əks etdirən otaqları hamını maraqlandırır. Elə bu dəfə məbədə baş çəkəndə də hindistanlı turistlərin məbədi necə maraqla gəzdiklərinin, foto çəkdiklərinin şahidi olduq. Təsəvvür edin ki, başqa ölkəyə gedirsən və burada öz tarixinin qalıqları ilə qarşılaşırsan. Bələdçilər də məbəd haqqında ətraflı məlumat verməyə maraqlıdırlar.

Atəşgah məbədinin otaqları 17-18-ci əsrləri əks etdirən eksponatlarla zəngindir. Məsələn; Atəşgah məbədinin otaqlarından birində həmin dövrlərdə atəşə sitayiş edən şəxslərin simvolikləşdirilmiş heykəlləri yerləşdirilib. Digər otaqda, Atəşgah məbədinin ilk dövrlərindən bu günə qədər keçdiyi inkişaf yolunu əks etdirən fotolar yer alıb.

Məbədin yaxınlığında turistlər üçün kafelər, suvenir mağazaları fəaliyyət göstərir. Yəni məbədə gəlib, xatirə kimi kiçik bir suvenir almaq da yerinə düşər. Qiymətlər? Qiymətlər çox da baha deyil, yəni məbəddən bir xatirə üçün xərclənə biləcək qədərdir.

Ümumiyyətlə, bu tarixi sözlə ifadə etmək çətindir. Hansı birindən danışasan? Ən yaxşısı, gedib görməkdir. Həm də məbədlər müqəddəs məkanlar hesab edilir, gedib görmək gərək...

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
icma.az

1Sources