EN

Pakistanda partlayış: 4 polis həlak oldu

Pakistanın Pəncab əyalətində təhlükəsizlik qüvvələrinə məxsus nəzarət-buraxılış məntəqəsinə təşkil edilən intiharçı hücumu nəticəsində 4 polis həyatını itirib, 3 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Pakistanın şimal-şərqindəki Pəncab əyalətinin Bhakkar bölgəsində yerləşən polis postuna kamikadze hücumu reallaşdırılıb.

Səlahiyyətlilər, məntəqəyə yaxınlaşan hücumçunun üzərindəki partlayıcıları işə salması nəticəsində 4 polisin dünyasını dəyişdiyini, 3 nəfərin isə yaralandığını bildiriblər.

Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilərək müalicə altına alınıb. Hücumdan sonra təhlükəsizlik qüvvələrinin ərazini mühasirəyə alaraq genişmiqyaslı axtarış əməliyyatına başladığı qeyd edilib.

Hücuma görə məsuliyyəti hələlik heç bir şəxs və ya qruplaşma üzərinə götürməyib.

Chosen
4
cebheinfo.az

1Sources