EN

"Landmark"ın keçmiş sahibi 10 aydır işçilərin maaşını ödəmir

"Landmark"ın keçmiş sahibi 10 aydır işçilərin maaşını ödəmir

"10 aydır ki, əmək haqqımızı ala bilmirik. Bütün müraciətlərimiz isə cavabsız qalır”.

AFN.az xəbər verir ki, bu barədə "Libra” şirkətinin bir qrup əməkdaşının Bizim.Media-ya ünvanladığı şikayətdə bildirilib.

"2025-ci il aprel ayının 28-də "Libra" şirkətinin hesablarına blok qoyuldu. Bu şirkət Nizami küçəsi 90A ünvanında yerləşən "Landmark” binasının sahibi idi. Şirkətin "Aqrarkredit” bank olmayan kredit təşkilatına borcu var idi. Həmin borcları ödəmədikləri üçün bina başqa şirkətin nəzdinə keçdi. Beləcə, "Libra" şirkəti də bağlandı, hesablarına blok qoyuldu. Nəticədə 50-ə yaxın işçinin əvvəlki aylardan qalan əmək haqları ödənilmədi" - deyə şikayətçilər qeyd edib.

Bildirilib ki, "Aqrarkredit”lə məhkəmə çəkişmələrini uduzduqları üçün 10 aydır ödənişlər edilmir. Şikayətçilərin sözlərinə görə, şirkətin rəhbəri Eran Müdüroğlu eyni zamanda "Neptun” şirkətinin də sahibidir və hazırda əməliyyatlar digər şirkət üzərindən aparıldığı üçün maaş borcları ödənilmir.

Məsələ ilə bağlı "Libra” şirkətindən verilən açıqlamada problemin olduğu etiraf edilib: "Hazırda danışıqlar gedir. Çalışırıq ki, yaxın zamanda problem həll edilsin”.

Qeyd edək ki, "Müdüroğlu” ailəsinin ölkəmizdəki biznesinin qanuni təmsilçisi keçmiş nazir və Hesablama Palatasının sabiq sədri Namiq Nəsrullayevin qızı Nərgiz Nəsrullayevadır. Eran Müdüroğlunun həyat yoldaşı olan N.Nəsrullayeva bir neçə il əvvəl xaricə köçüb.

Chosen
19
6
afn.az

7Sources