EN

İran: “ABŞ ilə nüvə sazişi əlçatandır”

"ABŞ ilə nüvə sazişi əlçatandır, ancaq yalnız diplomatiya üstünlük verildiyi halda”.

“Yeni Sabah” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" hesabında bildirib.

Nazir Cenevrə danışıqları ərəfəsində qeyd edib ki, tərəflər arasında razılaşmaya nail olma imkanları mövcuddur və danışıqlar prosesi davam edir.

Fevralın 27-si Cenevrədə danışıqların keçiriləcəyi gözlənilir. ABŞ nümayəndələri Stev Uitkoff və Cared Kuşner İran nümayəndə heyəti ilə görüşərək nüvə sazişi üzrə müzakirələr aparacaqlar.


Telegram kanalımız
Chosen
13
yenisabah.az

1Sources