EN

AMEA da GƏRGİN İCLAS Yatmışları razı deyiləm kimsə oyatsın... / FOTOLAR

ain.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilir.

Hurriyyet.org "qafqazinfo"ya istinadən xəbər verir ki, bugünkü iclasın gündəliyinə iki məsələ - Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsi və illik hesabatının dinlənilməsi daxil edilmişdi. Lakin AMEA bu gün açıqlama yayaraq R.Mehdiyev məsələsinə yalnız ona hökm oxunduqdan sonra baxılacağı və qərar veriləcəyini bəyan edib.

Azərbaycan elmində əldə olunmuş yeniliklərin müzakirə edildiyi toplantıda AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə rəhbərləri və müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak edirlər. Toplantıda illik hesabat çıxışları səsləndirilir, ötən ilin elmi nəticələri və qarşıya qoyulan digər məsələlər diqqətə çatdırılır.

Maraqlı məqam isə iclas zamanı zalda sükutun hökm sürməsidir. Belə ki, elmi mövzuların müzakirə edildiyi tədbirdə aralarında alimlərin yer aldığı bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Bu da müzakirələrin maraqsız və sönük keçdiyinə diqqət çəkir.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
29
hurriyyet.az

10Sources