EN

Birbaşa ən sol zolağa keçən avtobus sürücüsü az qala qəza törədəcəkdi VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Hava Limanı yolunda qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 15-də saat 23:10 radələrində baş verib.

Belə ki, 10-TG-913 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusun sürücüsü hərəkətdə olduğu ən sağ zolaqdan birbaşa ən sola keçib. Üstəlik sürücü həmin zolaqdakı avtomobilə əhəmiyyət verməyərək qəfil onun yoluna çıxıb və nəticədə videonu çəkən sürücü qəza təhlükəsi ilə üzləşib.

Ardınca avtobus sürücüsü orta zolağa manevr edib.

Kadrda avtobus sürücüsünün dönmə işığını yandırdığı aydın görünür. Lakin dönmə işığının yanması sürücüyə üstünlük vermir və manevr yalnız zolaq boş olduqda həyata keçirilməlidir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
avtosfer.az

1Sources