Yevlax rayonunda kafedə baş verən partlayış nəticəsində öldüyü bildirilən şəxs sağ qalıb.
News365.az-ın məlumatına görə, hadisə rayonun Aran qəsəbəsi ərazisindəki kafelərdən birində baş verib.
Bildirilir ki, kafedə qaz balonu partlayıb. Partlayış nəticəsində orada olan kafe sahibi, Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Ruslan Şirin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və komaya düşüb. O, Yevlax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.