EN

"Son dövrlərdə insanlar daha çox oruc tutmağa maraq göstərirlər" - Qastroenteroloq

"Ramazan ayıdır və bu orucluq zamanında insanlar həqiqətən ac qalmağın nə olduğunu anlayırlar. Əslində, ac qalmaq müəyyən zamanlarda çox gözəl bir duyğudur. Çünki biz həmişə öz praktikamızda tövsiyə edirik ki, ən sağlam qidalanma acıb yemək yemək, susayıb su içməkdir. İnsan oruc vasitəsilə acılığa qarşı bədəni adaptasiya edir, dözümlülük yaradır və biz bunu çox faydalı bir proses hesab edirik".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı dedi.

Həkim vurğuladı ki, artıq son dövrlərdə insanlar daha çox oruc tutmağa maraq göstərirlər:

"Pasiyentlərimin mənə müraciəti əvvəlki illərlə müqayisədə dəfələrlə artıb. Bunu real olaraq praktikamızda hiss edirik. İnsanlar müəyyən şikayətləri olsa belə, buna rəğmən oruc tutmağa böyük maraq və meyil göstərirlər. Bu məlumatı xüsusi olaraq qeyd etmək istəyirəm. Təbii ki, burada sağlam qidalanma ən vacib məsələdir".

Nuriyyə NATİQQIZI

Chosen
17
1
redaktor.az

2Sources