EN

Azərbaycan və AYİB imzalanması nəzərdə tutulan layihələri müzakirə etdilər (FOTO)

Bakı. Trend:

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ölkədəimzalanması nəzərdə tutulan layihələr üzrə işlərin gedişinimüzakirə ediblər.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, fevralın 25-də Azərbaycan Respublikasının maliyyənazirinin birinci müavini Anar Kərimov Avropa Yenidənqurma vəİnkişaf Bankının (AYİB) Azərbaycandakı Daimi Nümayəndəliyininrəhbəri xanım Natali Mouravidzenin rəhbərlik etdiyi nümayəndəheyəti ilə görüşüb.

Görüşdə imzalanması nəzərdə tutulan layihələr üzrə işləringedişi, eləcə də su və şəhər infrastrukturu sahələrində prioritetistiqamətlər müzakirə edilib.

A.Kərimov bildirib ki, özəl sektorun dəstəklənməsi, şəhərinfrastrukturunun gücləndirilməsi, ətraf mühitin davamlılığınıntəmin edilməsi və kommunal xidmətlərin keyfiyyətinin artırılmasıistiqamətində AYİB Azərbaycanın əsas tərəfdaşlardan biridir. Qeydolunub ki, icra edilən layihələr strateji əhəmiyyət daşıyır vəonlar mərhələli şəkildə, fiskal dayanıqlılıq və effektivmaliyyələşmə prinsipləri nəzərə alınmaqla həyatakeçirilməlidir.

Maliyyə nazirinin birinci müavini əlavə edib ki, Gəncə və Şəkişəhərlərində həyata keçirilən layihələr yalnız şəhərinfrastrukturunun modernləşdirilməsi və əhalinin keyfiyyətli sutəminatını təmin etmək baxımından deyil, həm də şəhərlərdə ekolojistandartların yüksəldilməsi, kommunal xidmətlərin səmərəliliyininartırılması baxımından böyük əhəmiyyət daşıyır.

Öz növbəsində, N.Mouravidze Azərbaycanla uzunmüddətliəməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Bank üçün əsasprioritetlərdən birinin su və şəhər infrastrukturu sahələrindəlayihələrin icrasının sürətləndirilməsi, eləcə də növbətimərhələlər üzrə maliyyələşmənin səmərəli və məqsədyönlü çərçivədəstrukturlaşdırılması olduğunu bildirib. O, eyni zamanda yaşılkeçid, iqlim maliyyələşməsi və texniki dəstək mexanizmləriningenişləndirilməsi istiqamətlərində əməkdaşlığın davametdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüş zamanı, həmçinin Bakı–Abşeron regionu üzrə nəzərdə tutulangenişmiqyaslı su infrastruktur proqramı, onun maliyyələşməmexanizmləri, eləcə də tərəflər üçün qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan
Chosen
17
4
az.trend.az

5Sources