EN

ABŞ-də yadplanetlilər barədə böyük arxiv itib

AzVision.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, fevralın 20-də naməlum şəxslər tədqiqatçı oğul Con Qrinuold tərəfindən 30 ildir saxlanılan “The Black Vault” onlayn-saytının əsas serverindən yüzlərlə giqabayt məlumatı siliblər.

Bu müddət ərzində o, hakimiyyət orqanlarına açıqlama üçün 11 mindən çox sorğu təqdim edib və 3,8 milyondan çox məxfilikdən çıxarılmış sənəd toplayıb.

“Qrinuold hadisəni birmənalı şəkildə təxribat kimi qiymətləndirməsə də, bu ehtimalı da istisna edə bilmir. O, məlumatların yoxa çıxması ilə yanaşı, bəzi qovluqlara giriş hüquqlarının da dəyişdiyini deyir. Tədqiqatçı arxivi ehtiyat nüsxələrdən bərpa edəcəyini vəd edir”, - qəzet yazır.

ABŞ UNO-larla bağlı məxfi sənədləri açıqlayacaq
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Pentaqonun rəhbəri Pit Heqsetə yerdən kənar həyat və UNO-larla bağlı hökumət sənədlərini açıqlamağı tapşıracağını bildirmişdi. Amerika lideri həmçinin“son dərəcə mürəkkəb” , lakin vacib və maraqlı məsələlərlə bağlı digər məlumatları ehtiva edən sənədlərin də açıqlanacağını da vurğulamışdı.

Sahil İsgəndərov
AzVision.az
Chosen
16
1
azvision.az

2Sources