EN

Şirvanda yanıq xəsarətləri alan şəxs Bakıda öldü

Şirvanda 2 gün əvvəl xəstəxanaya yerləşdirilən 49 yaşlı şəxs ölüb.

"Yeni Sabah" xəbər verir ki, fevralın 23-də səhər saatlarında 1977-ci il təvəllüdlü Şirvan sakini Məhərrəm Abdullayev bədənin termiki yanığı xəsarətləri ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan pasiyent sonradan paytaxtda yerləşən xəstəxanaya təxliyə edilib.

Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.

 


Telegram kanalımız
Chosen
13
5
yenisabah.az

10Sources