EN

Türkiyənin Çinə hazır geyim ixracında kəskin azalma qeyda alınıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyədən Çinə hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz azalaraq, 4 milyon 139 min 15 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2026-ci ilin yanvar ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 1 milyard 340 milyon 771 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 699 milyon 252 min dollar məbləğində hazır geyim ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 16 milyard 699 milyon 760 min dollara bərabər olub.

Chosen
78
12
turkic.world

10Sources