AZ

Fevral ayında Türkiyənin tekstil məhsulları ixracı artıb (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2026-cı ilin fevral ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 759 milyon 705 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz azalaraq, 1 milyard 488 milyon 557 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 9 milyard 313 milyon 685 min dollar məbləğində tekstil məhsulları ixrac edib.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 9 milyard 408 milyon 630 min dollara bərabər olub.

Seçilən
16
7
turkic.world

10Mənbələr