EN

Tolikin verilişi yayımlansa da, "Elgizlə izlə" efirə getmədi

Xəbər verdiyimiz kimi, aparıcılığını Elgiz Əkbərin etdiyi "Elgizlə izlə" və Tarix Əliyevin "Tarixin bir günü" proqramının yayımı dayandırılıb.

Ölkə.az bizim.media-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Tolikin verilişi canlı olmasa da efirə gedib.

Elgizin isə ARB TV-də saat 14:45-də başlayan proqramı yayımlanmayıb. Onun əvəzində efirə "Sən demə" adlı proqram verilib.

Qeyd edək ki, bir neçə gündür sənət adamları bayağı müğənnilərin qonaq edildiyi proqramları tənqid edirlər.

Chosen
5
6
olke.az

7Sources