Yazını böyüt
Yazını kiçilt
Təhsil Nazirliyinin struktur bölməsi 1 milyon manatdan artıq dəyəri olan tender elan edib.
Hafta.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi genişmiqyaslı satınalma müsabiqəsinə start verib.
Müsabiqə çərçivəsində müxtəlif növ çap və yazı kağızlarının, habelə digər mətbəə materiallarının tədarükü nəzərdə tutulur.
Satınalma planı üzrə layihənin ehtimal olunan qiyməti 1.053.279,56 azn təşkil edir.