EN

Şəkidə ağır QƏZA: Xəsarət alan var FOTO/VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Şəkidə iki avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Çeşməli kəndi ərazisində baş verib.

 

“VAZ-2106” markalı avtomobillə “KİA” markalı avtomobillər toqquşub. Bu zaman “VAZ-2106”nın sürücüsü, rayonun İbrahimkənd sakini İbrahim Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Təcili tibbi yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
bizim.media

2Sources