EN

Caner Erkin intizamsızlığına görə klubdan göndərildi

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Caner Erkin intizamsızlığına görə klubdan göndərildi

Türkiyənin 1-ci liqa təmsilçisi "Sakaryaspor"da gözlənilən ayrılıq rəsmiləşib. 

QOL.az xəbər verir ki, mövsümə çempionluq hədəfi ilə başlayan, lakin son turlarda liqada qalmaq uğrunda mübarizə aparan "yaşıl-qaralar" təcrübəli müdafiəçi Caner Erkin ilə yollarını ayırıb.

Mövsümün əvvəlində böyük ümidlərlə heyətə qatılan 37 yaşlı sol cinah oyunçusunun Sakaryadakı karyerası qısa sürüb. Təcrübəli futbolçunun ayrılığının əsas səbəbi kimi onun nizam-intizam qaydalarını pozması göstərilir. 

Qeyd edək ki, Caner Erkin "Sakaryaspor" forması ilə çıxdığı 12 matçda 4 dəfə qırmızı vərəqə alaraq vacib oyunlarda komandasını azlıqda qoyub.

Xatırladaq ki, Caner Erkin karyerası boyunca Türkiyənin aparıcı klubları olan "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş", eləcə də İtaliyanın "İnter" komandasında forma geyinib. O, həmçinin Türkiyə milli futbol komandasının da şərəfini qoruyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
3
qol.az

4Sources