Qəbələ rayonunda avtomobil ağaca çırpılıb.
Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində rayonun Məmmədağalı kəndi ərazisində baş verib.
Belə ki, "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 24 yaşlı Nuran Muradasılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.