Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
PSJ-dən "Barselona"ya keçə bilər
PSJ-nin vingeri Bredli Barkola "Barselona"nın maraq dairəsinə düşüb.
QOL.az xəbər verir ki, "L’Equipe" nəşrinin yaydığı məlumata görə, Paris təmsilçisi yay transfer pəncərəsində futbolçusunu satmağa hazırdır. 23 yaşlı oyunçunun xidmətində maraqlı olan əsas klublardan biri "Barselona"dır.
PSJ fransız vingerin transfer qiymətini 70 milyon avro olaraq müəyyənləşdirib.
Qeyd edək ki, Bredli Barkola 2023-cü ildə "Lion"dan 45 milyon avroya transfer edilib və onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Xatırladaq ki, cari mövsümdə Barkola bütün turnirlərdə 33 matça çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.